16 Haziran 2016 Perşembe

Nəticə

Vətənimiz Azərbaycandır.  O, anamız qədər dogma oldugu ücün ona AnaVətən deyirik.  Vətən bizim ücün müqəddəs və əzizdir.
Biz belə nəticəyə gəldik ki, bizim vətənimiz bol-bol müxtəlif sərvətlərlə zəngindir və biz o sərvətlərdən faydalana bilirik. Ona görə də, Vətənin sərvətlərinə qayğı ilə  yanaşmaq, onları qorumaq  hər bir vətəndaşın borcudur. 


Azad vətənimizi qoruyanların xatirəsinə hörmətlə yanasmalı, onların xatirəsini əməlimiz, təhsilimiz və işimizlə ucaltmalıyıq.
 Biz də anadan anadan olub böyüdüyümüz, yasadıgımız, təhsil aldıgımız vətənimizi həmisə göz bəbəyi kimi qorumalıyıq.
Hər bir səxs oz vətənini tanımalı və onun sərvətlərini qorumalıdır. 
Təbii sərvətlərlə zəngin olan Qarabağımız işğal olunmuşdur. Ona görə biz onlardan istifadə edə bilmirik.


Tez bir zamanda Qarabağımızın qayıtarılmağı ümidi ilə layihəmizi yekunlaşdırırıq.
Biz bütün azərbaycan vətəndaşları, o cümlədən tovuzluları sudan, qazdan, elektrikdən, digər sərvətlərdən qənaətlə istifadə etməyə çağırırıq. 

Araşdırma

Biz Azırbaycanımızın zəngin sərvətlərə məxsus olduğunu bilirik.
Bəs biz bu sərvətlərdən faydalana bilirikmi?
Bizim  rayonda və kəndimizdə hər bir evdə qazdan istifadə olunur.
Rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam və fasiləsiz şəkildə təmin olunur.
Hər bir azərbaycanlı kimi bizim həyətimizdə tikinti işləri gedir və biz Qaradağ sementindən istifadə edirik.

Bizim kənddə yaşayan insanlardan çoxu heyvandarlıqla məşğuldur və onlarda daşduzdan istifadə edirlər.

Müalicəyə ehtiyacı olanlar Naftalana gedirlər. Bizim baba və nənələrimiz, valideynlərimiz də naftalan nefti ilə müalicə olunmuşlar.
Azərbaycanda çoxlu mineral sular var. Tovuz da öz turşuyu ilə məşhurdur. Valideynlərimiz deyir ki, bu su Narzan və Sairme suyu ilə oxşardır. Biz hamımız bu müalicəvi sudan istifadə edirik. Bizim kəndimizdə olan içməli su çox təmiz və keyfiyyətlidir.


Məlumat

Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Faktlar göstərir ki, ölkə ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir. 
O cümlədən, ölkəmizdə müalicəvi əhəmiyyətli neftin möcüzəsi haqqında da danışmamaq olmaz. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə edilir. 
Böyük qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqında yerləşir. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. 
Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyətli sərvətlərdir. 
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı Istisu, Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.
Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70 mln. ton təşkil edir. 
Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı 295836 min ton, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir.
Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir.